
Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, itki yoxdur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya İdarəsinin (JMA) verdiyi açıqlamada yerli vaxtla saat 17:47-də 50 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Urakava şəhəri olduğu qeyd edilib.
Qeyd edilib ki, Aomori və İvate prefekturaları ilə yanaşı, Hokkaydoda da hiss olunan yeraltı təkanlar səbəbindən sunami təhlükəsi yoxdur.
İlkin məlumata görə, itki yoxdur.
Orxan