“Avropada Rusiya təhlükəsi”: Ukrayna 2 il vaxt verdi

Ukraynanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri İvaşenko xəbərdarlıq edib ki, Rusiya Ukraynadakı münaqişənin sona çatmasından 2-4 il sonra Avropaya hücum edə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, Ukraynanın Xarici Kəşfiyyat İdarəsinin (SZRU) rəhbəri Oleq İvaşşenko mayın 26-da “Ukrinform”a müsahibəsində bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sona çatmasından 2-4 il sonra öz döyüş qabiliyyətini bərpa edib Avropaya hücuma keçə bilər.

“Sanksiyalar aradan qaldırılarsa, yenidən silahlanma prosesi daha sürətli gedəcək”, – deyə İvaşçenko müsahibəsində bildirib və əlavə edib ki, Kiyev öz proqnozlarını avropalı tərəfdaşları ilə bölüşüb.

Qərb rəsmiləri daha əvvəl də Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatmasından sonra Moskva ilə NATO arasında açıq münaqişə təhlükəsinin artdığını vurğulayaraq, oxşar vaxt cədvəlini paylaşmışdılar.

Keçən ay ABŞ-ın Avropadakı qüvvələrinin komandanı Kristofer Kavoli xəbərdarlıq etmişdi ki, Rusiya öz qüvvələrini əvvəllər gözlənildiyindən daha sürətlə bərpa edir.

 

Orxan

Gununsesi.info