Dünya çempionatı: Bütün 1/8 final cütlərinin tərkibi və vaxtı məlum oldu

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Gununsesi.info xəbər verir ki, bu gün daha 4 qrupda keçirilmiş 8 qarşılaşmanın ardından 1/8 final mərhələsinin axırıncı 4 cütünün tərkibi müəyyənləşib.

Bu qruplardan Çexiya, Gürcüstan və Serbiya milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırmışdılar. Bu gün isə onların sıralarına Monteneqro, Tailand, Bosniya və Herseqovina, Polşa, İsrail yığmaları qoşulub.

Əvəzində İndoneziya, Kosta Rika, Qazaxıstan, ABŞ, BƏƏ, Argentina, İspaniya, Qana qrupda qalaraq, dünya çempionatı ilə vidalaşıb.

Dünya çempionatı, III tur
26 may

E qrupu

12:45. Kosta Rika – Tailand – 1:4
22:00. İndoneziya – Monteneqro – 0:4

Xal durumu: Monteneqro – 7, Tailand – 7, İndoneziya – 3, Kosta Rika – 0

F qrupu

16:30. Polşa – Bosniya və Herseqovina – 1:1
20:45. Qazaxıstan – ABŞ – 5:3

Xal durumu: Bosniya və Herseqovina – 5, Polşa – 5, Qazaxıstan – 4, ABŞ – 1

G qrupu

15:15. Argentina – BƏƏ – 1:4
18:15. Çexiya – Gürcüstan – 2:2

Xal durumu: Çexiya – 7, Gürcüstan – 7, BƏƏ – 3, Argentina – 0

H qrupu

14:00. İsrail – İspaniya – 4:2
19:30. Serbiya – Qana – 2:1

Xal durumu: Serbiya – 9, İsrail – 6, İspaniya – 3, Qana – 0.

Beləliklə, 1/8 finalda görüşəcəklər:

27 may

17:30. İngiltərə – Bolqarıstan

19:00. Portuqaliya – Macarıstan

20:30. Azərbaycan – Rumıniya

22:00. Fransa – Mavritaniya

28 may
17:30. Monteneqro – Polşa

19:00. Bosniya və Herseqovina – Tailand

20:30. Çexiya – İsrail

22:00. Serbiya – Gürcüstan

Görüşlər mayın 27-də və 28-də keçiriləcək.

Gununsesi.info