
ABŞ-nin Filadelfiya şəhərində baş verən atışmada iki nəfərin öldüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Fairmount Parkda baş verən atışmada ilkin məlumata görə, iki nəfər həlak olub.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Filadelfiya polisi yerli vaxtla saat 22:27-də Fairmount Parkı yaxınlığında atışma baş verdiyini açıqlayıb.
Hücum zamanı yaralanan 9 nəfərin sağlamlıq vəziyyətinin stabil olduğu bildirilib.
Polis hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
Orxan