Avropa Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

Avropa Mərkəzi Bankının (AMB) rəhbərliyi oktyabr iclasından sonra hər üç əsas faiz dərəcəsini 25 baza bəndi aşağı salıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verir.

Depozit dərəcəsi əvvəlki 3,5 faiz əvəzinə illik 3,25 faiz təşkil edir. Öz növbəsində, Avropa tənzimləyicisinin rəhbərliyi əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) üzrə dərəcəsini 3,65 faizdən 3,4 faizə, marja kreditləri üzrə dərəcəsini isə 3,9 faizdən 3,65 faizə endirib.

ECB qərarını avrozona ölkələrində deinflyasiya prosesinin davam etməsi ilə izah edib.

Tənzimləyicinin qeyd etdiyi kimi, regionda istehlak qiymətlərinin artım tempinin tədricən azalması prosesi “gözlənilənlərə uyğun olaraq davam edir”.

 

Gununsesi.info