
Ötən gün İran polisi ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinin Hendican şəhərində Məhəmməd Feyzian adlı mülki şəxsi güllələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, Feyzian polis bölməsinin qarşısından keçərkən heç bir xəbərdarlıq edilmədən ona atəş açılıb və o, yerindəcə keçinib.
Qeyd edək ki, ötən il İran polisi və SEPAH qüvvələri 540 mülki vətəndaşa atəş açıb, onlardan 129-u öldürülüb.