Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb

  • By Günel
  • 15 Oktyabr 2024 08:16

Bu il Biləsuvar rayonunda şəkər çuğundurunun məhsuldarlığı artıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, rayon ərazisində cari il 445 hektar sahədə şəkər çuğunduru əkilib. Nəticədə sahələrdən bu günə qədər 15 285 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 468,1 sentner olub.

Qeyd edək ki, ötən il rayon ərazisində 198 hektar sahədə şəkər çuğunduru bitkisi becərilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il sahələrdən 8 923,4 ton məhsul əldə olunub və orta məhsuldarlıq 265,9 sentner təşkil edib.

Sahələrdən məhsulun yığımı davam edir.

Gununsesi.info