İsrail Sinvarın ölümünü təsdiqlədi

İsrail təhlükəsizlik sistemindəki mənbə Fələstin radikal HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyünü təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

“Təhlükəsizlik mənbəsi bu gün HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib”, – deyə bəyanatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında keçirilən əməliyyat nəticəsində Sinvarın öldürüldüyünü  açıqlamışdı.

İsrail hərbçiləri hazırda bu məlumatı yoxladıqlarına aydınlıq gətirib.

 

 

Şəbnəm

Gununsesi.info