İtaliya xaricdə surroqat anaya qarşı qanunu təsdiqləyir

Surroqat analıq İtaliyada universal cinayətə çevrilib, hətta İtaliya vətəndaşı xaricdə bu təcrübəyə müraciət etsə belə, cəzalandırılır.

Gununsesi.info “Il Messaggero” qəzetinə istinadən xəbər verir ki, müvafiq qanun nəhayət yuxarı palatada (Senat) lehinə 84, əleyhinə 58 səslə təsdiqlənib.

Aşağı palatada hakim “İtaliya qardaşları” partiyasının təklif etdiyi mətn iyulun sonunda təsdiqlənib və indi qanun qüvvəsi alıb.

İtaliyada surroqat analıq 2004-cü ildən qadağan edilib. İndi xaricdə surroqat anaların xidmətinə müraciət edən cütlüklər cinayət məsuliyyətinə cəlb oluna bilər.

Nəşr qeyd edir ki, yeni qanun üç aydan iki ilə qədər həbs cəzasını nəzərdə tutur, cərimə isə 1 milyon avroya çata bilər.

Formal olaraq, yeni qanun 2004-cü il normasını belə dəyişdirir ki, hakim partiyanın izah etdiyi kimi, İtaliyaya tətbiq edilən qadağadan yayınmaq olmaz.

Müxalifət bu qanunu konstitusiyaya zidd, “orta əsr” adlandırıb və LGBT ailələrinə qarşı yönəlib.

 

 

Günel

Gununsesi.info