
Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Muxtar Respublikanını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Hadisə Şərur rayonunda baş verib. Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 1996-cı il təvəllüdlü İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə toy mərasiminin qarşısı alınıb.