
Böyük Britaniya cümə axşamı Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanmasına” qarşı indiyədək ən böyük sanksiyalar paketini təqdim edib.
Gununsesi.info xəbər ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yeni sanksiyalar Rusiyanın 18 neft tankerinə və dörd mayeləşdirilmiş təbii qaz tankerinə aiddir. Bu, Vladimir Putinin “kölgə donanmasına” qarşı bu günə qədərki ən böyük sanksiya tədbiridir.
“Daha 18 kölgə donanma gəmisinin Böyük Britaniya limanlarına girişi qadağan ediləcək və Böyük Britaniyanın aparıcı dəniz xidmətlərindən istifadə edə bilməyəcək, bununla da sanksiyaya məruz qalan neft tankerlərinin ümumi sayı 43-ə çatdırılacaq”– deyə məlumatda bildirilir.
Yeni sanksiyaların hədəfi olan neft tankerləri təkcə keçən il təxminən 4,9 milyard dollarlıq xammal daşıyıb.
Britaniyanın sanksiyalarından yayınmaq üçün Rusiyanın ən böyük gəmiçilik şirkəti olan Sovcomflot gəmilərinin adını dəyişməyə cəhd etmək məcburiyyətində qalıb. Bu günkü sanksiyalar onun daha çox gəmilərini hədəf alır.
Böyük Britaniya, həmçinin daha dörd LNG tankerinə və Rusiyanın qaz şirkəti Rusgazdobycha ASC-yə qarşı sanksiyalar tətbiq edib.
Bütün tankerlərin siyahısı Britaniya hökumətinin rəsmi saytında dərc olunub.
Xatırladaq ki, iyunun 24-də Aİ Şurası Rusiya Federasiyasının neft “kölgə donanması”na daxil olan tankerlərə qarşı yeni sanksiyalar elan edib.
İyul ayında 40-dan çox Avropa ölkəsi Avropa Siyasi Birliyinin sammitində Rusiyanın neft “kölgə donanması” ilə mübarizə planı ilə bağlı razılığa gəlib.