
Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Gununsesi.infoxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,8 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz, bazar və yarmarkalarda 2,3 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 465,2 manatlıq, o cümlədən 255,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 209,5 manatlıq qeyri-ərzaq malları alıb.