Bakıda qadını döyərək yol kənarına atdılar

Bakıda qadını döyərək yol kənarına atıblar.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Hələlik kimlikləri məlum olmayan qadın və kişi yolda gedən zaman onlar arasında mübahisə düşüb. Qadın amasızcasına döyülərək yol kənarına atılıb. Hadisəni törədən şəxs ərazidən qaçıb. Yaralı qadın təcili yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info