
Xalq artisti Tünzalə Ağayevanın ABŞ Səfirliyinin təșkil etdiyi mədəniyyət üzrə işgüzar səfəri davam edir.
Estrada ulduzu səfəri çərçivəsində dünya musiqisinin tarixi və incisi olan “Grammy” muzeyində qonağı olub. Oradaki tarixi nümunələrlə yaxından tanış olub.
Sevilən müğənni bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq “Beynəlxalq “Grammy” mükafatını hər bir peşəkar musiqiçi dostlarıma diləyirəm” şərhini qeyd edib.
Estrada ulduzunun paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanılıb.