
Bakının Xətai rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.