Hikmət Mirzəyev Cavanşir Qurbanovun ailəsini ziyarət etdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə nazirinin müavini, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Cavanşir Qurbanovun vəfatı ilə bağlı onun ailəsini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, general-polkovnik H.Mirzəyev mərhumun həyat yoldaşına və ailə üzvlərinə başsağlığı verib, onlara mənəvi dəstəyini ifadə edib.
Qeyd edək ki, Cavanşir Qurbanov Azərbaycan güləşinin inkişafında mühüm rol oynayıb. 1995–2006-cı illərdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, 2006–2017-ci illərdə isə regionlar üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
Cavanşir Qurbanov “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.
Cavanşir Qurbanov 2025-ci il mayın 21-də, 77 yaşında vəfat edib.
Bakupost.az
Bakupost.az