
Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi, 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva bu gün vəfat edib.
Gununsesi.info xəbər verir ki, səhhətində problem yaranan pedaqoq yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, qadın sirkə turşusundan zəhərlənərək vəfat edib.
Məlumat üçün bildirək ki, D. Qazıyeva azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Fəaliyyəti dövründə “İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.