“Mingəçevir reqatası-2024”: Azərbaycan avarçəkənləri ilk gündə 9 medal qazanıblar

  • By Günel
  • 16 Oktyabr 2024 19:52

Azərbaycan avarçəkənləri “Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin ilk günündə 9 medal qazanıblar.

Gununsesi.info -nun “Report”- a istinadən məlumatına görə, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə gümüş mükafat əldə ediblər.

Həsənov 2010-2011 təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü, Hacızadə 2008-2009 təvəllüdlülər arasında 1000 metr məsafəyə kayakda ikinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz 7 medal qazanıblar. “Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Gununsesi.info