Ərdoğan xəbərdarlıq etdi: “Müharibə başlaya bilər”

  • By Günel
  • 16 Oktyabr 2024 20:16

“Bölgədə total müharibə riski var”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, rəsmi Ankara Yaxın Şərq regionunda sabitliyə böyük əhəmiyyət verir.

“İsrailin atdığı addımlar bölgəni hərtərəfli müharibə zonasına çevirə bilər. Türkiyə bütün regionun sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verir. Eyni zamanda İraq hakimiyyətinin ölkəni Yaxın Şərqdəki münaqişədən uzaq tutmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir”, – deyə Ərdoğan vurğulayıb.

Gununsesi.info