433 minlik tenderin sahibi bu şirkət oldu: - Mərhum nazirin qohumu...

Kənd Təsərrüfatı Nazirliyi (KTN) 433 146,14 manat dəyərində lisenziya, sertifikat, xidmət, təchizatçı dəstəyi, zəmanətlər və səs sistemi avadanlıqları alacaq.

Gununsesi.info Qaynarinfo.az-a istinadla xəbər verir ki, KTN artıq bununla bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Caspel” şirkəti seçilib.

Bu şirkət 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 146 020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 50B-də yerləşir. Caspel MMC-nin qanuni təmsilçisi isə Ceyhun Məhi oğlu Quliyevdir.

Qeyd edək ki, Ceyhun Quliyev 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.

Gununsesi.info