Məmməd İsmayılın 85 illik yubileyi keçiriləcək

Bu ilin oktyabr ayının 23-də görkəmli Azərbaycan şairi Məmməd İsmayılın 85 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək.

Qocaman söz ustadının Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbiri saat 17.00-da başlayacaq.
Gununsesi.info  bildirir ki, Azərbaycan Yazıçılar Birliyinin müraciəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ədəbi-bədii məclisdə ölkəmizin tanınmış ziyalılarının, yazarların, millət vəkillərinin iştirakı da gözlənilir.
Giriş sərbəst olacaq. Arzu edən hər kəs iştirak edə bilər.