
ABŞ və onun müttəfiqləri arasında mövcud münasibətlərin xarakteri dayanıqlı deyil.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti və respublikaçıların dövlət başçısı vəzifəsinə namizədi Donald Tramp Bloomberg-ə müsahibəsində deyib.
Siyasətçi Vaşinqtonun tərəfdaşlarını Birləşmiş Ştatlarla əlaqələrdən sui-istifadə etməkdə ittiham edərək deyib ki, müttəfiqlərimiz düşmənlərimizdən daha çox bizdən istifadə etdilər.
Tramp həmçinin xəbərdarlıq edib ki, əgər yenidən seçilərsə, yalnız NATO-nun hərbi xərclərinə dair hədəflərə çatan ölkələr Amerikanın köməyinə arxalana biləcək.
Daha əvvəl Tramp demişdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası büdcədən pulları “sərxoş dənizçilər” kimi xərcləyir.
O, prezidentliyi dövründə inflyasiyanın olmadığını və Baydenin əvvəlcə ölkədəki əlverişli iqtisadi vəziyyətdən istifadə etdiyini diqqətə çatdırıb.
Şəbnəm