
Dünyada bir sıra xəstəliklər var ki, onlar milyonda, bəzən də milyardda bir insanda rast gəlinir.
Gununsesi.info sözügedən qeyri-adi xəstəlikləri təqdim edir:
1.Elephantiasis (Fil xəstəliyi)- Tropik iqlimdə yaşayn insanlarda rast gəlinən bu xəstəlik, əsasən çoskit parazitlər tərəfindən törədilir. Hazırda dünyada 120 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin halları qızdırma, güclü bədən ağrıları hallarıdır. Spesifikası bütün bədəni əhatə edir.
2.Ağac adam xəstəliyi- adı kimi özü də qəribə olan bu xəstəlik dəri xəstəliyidir. Dünyada ən nadir xəstliklər siyahısındadır. Bu, insanlar da ziyilə bənzər formaların meydana gəlməsinə səbəb olur. Bu xəstəliyin insanlarının bədənin çıxan ziyilə bənzər formalar bir müddət sonar elə halda olur ki, hərəkət etmək mümkünsüzləşir. Adətən genetic olan bu xəstəlik bəzən “Papilloma” adlı virusa yoluxmaqla da baş verə bilir.
3.Progeriya (erkən yaşlanma xəstəliyi)- buna lori olaraq vaxtından əvvəl qocalmaq da demək olar. Ümumi olaraq genetik xarakter daşıyır. 8 milyon insanda görünən bu xəstəlik, DNT quruluşundakı telomere zəncirinin qısalması ilə əlaqədardır. Progeriya xəstəliyinə tutulan insanlarda saçın hamısı ya da bir hissəsiu tökülməyə başlayır və keçəlləşmə zamanı dəridəki damarla qabarıq olaraq görsənir. Əgər bu xəstəliyə tutulan uşaqdırsa, o belə uşaöa bənzəmir, 70-80 yaşlı insanl xatırladır. Bu xəstəlik olan uşaqların ortalama ömrü 12-13 ildir.
4.Bubble ( xəstəliyi) – dəri xəstəliyi olan bu xəstəlik də dünyada sadəcə bir neçə nəfərdə vardır. Bu xəstəliyə sahib olan şəxslərin bədənində elə şişlər əmələ gəlir ki, artıq onların dəriləri görsənmir. Əməliyyat etdirmək mümkün olsa da, həmin şişlər əksər hallarda yenidən yaranmağa başlaya bilir.
5.Sirenomelia (Su pərisi ) xəstəliyi- Dünyada çox nadir hallarda görülən xəstəlik zamanı uşaqlar ayaqları yapışıq formada dünyaya gəlirlər. Bu görünüşləri ilə su pərilərinə oxşadıqları üçün xəstəlik belə adlanır. Bu xəstəliyə sahib uşaqların uzun müddət yaşaması mümkün deyil. Üstəlik, doğulan körpə oğlandırsa, cinsiyyət orqanı da bədənini içində olur, yəni, görünmür.
Orxan Saffari