
Azərbaycanlı şair Şəhriyar Del Gerani tərəfindən yeni nəşriyyat fəaliyyətə başlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə şair özü məlumat verib:
“Nəhayət, Azərbaycan müəlliflərinin arzusunda olduqları bir nəşriyyat evinin təməlini qoyduq. Bütün oxucuları, qələm dostlarımızı və əlbəttə, naşir həmkarlarımızı təbrik edirəm.
Bu təbrikdə daha çox yaradıcı adamların payı var. Səbəb? Daha “Kitab yazmışam, görəsən, harda çap etdirim?” sualı havada qalmayacaq. Artıq bu sualın ünvanı sizin PARKdır“, – deyə o bildirib.
Qeyd edək ki, nəşriyyatın adı “Park:- Müasir nəşriyyat evi”dir.