İsraili dövlət adlandırmaq səhv olar - Ərdoğan

İsraili dövlət adlandırmaq düzgün olmaz.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fələstinin gələcəyi” konfransında çıxışı zamanı bildirib.

“İsrailin işğal, dağıtma və edam siyasəti 76 ildir davamlı olaraq davam edir. Fələstində qan, göz yaşı və zülm heç vaxt dayanmayıb. İsrail 1948-ci ildə qurulub, baxmayaraq ki, onu dövlət adlandırmaq düzgün olmazdı” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu “Fələstin məsələsini bəşəriyyətin gündəminə qaytarıb”.

Türkiyə lideri fələstinlilərin və livanlıların İsraillə mübarizəsi nəticəsində 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılacağına ümid etdiyini bildirib.

Ərdoğan bildirib ki, Türkiyə “Qəzzadakı qırğınlara ən sərt reaksiya göstərən, eyni zamanda İsrailə qarşı konkret tədbirlər görən yeganə dövlətdir”.

O, vurğulayıb ki, Türkiyənin Qəzza sakinlərinə göndərdiyi humanitar yardımın həcmi 84 min tonu keçib.

 

 

Şəbnəm

Gununsesi.info