
1970-ci ildə 27 yaşında dünyasını dəyişən əfsanəvi musiqiçi Jimi Hendrix-in mahnıları hərraca çıxarılır.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki,Rok əfsanəsi Jimi Hendrix -in yeni tapılan səs yazıları ölümündən 54 il sonra hərraca çıxarılacaq.
1968-ci ildə qeydə alınan demolar daha böyük “Hendrix xatirə əşyaları auksionu”nun bir hissəsi kimi satılacaq.
Satışa çıxarılan faktiki yazılar arasında “Up From the Skies”, “Little Miss Lover” və “Ain’t No tellling” versiyaları da var.
Qeyd edək ki, satışa çıxarılan mahnılar yeni versiyaları heç vaxt heç yerdə eşidilməyib.
Orxan Saffari