Xameneinin müşaviri öldürüldü - YENİLƏNDİ

  • By Günel
  • 13 İyun 2025 09:06

İsrailin hava hücumları nəticəsində yaralananın İranın ali dini lideri Seyid Əli Xameneinin müşaviri, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

***

İranın ali dini lideri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin endirdiyi zərbə nəticəsində yaralanıb.

Gununsesi.info xəbər verir ki, məlumatı “Nour News” yayıb.

***

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkənin silahlı qüvvələrinə İsrailin hücumlarına cavab vermək üçün “hərəkət azadlığı” verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Ali rəhbər İsrailin hücumlarını cinayət adlandırıb və İsraili “ağır və dəhşətli aqibət” gözlədiyini söyləyib.

Gununsesi.info