
“Rabitəbank” ASC-nin səhmdarlarının siyahısında dəyişiklik olub. ASC-nin səhmlərinin 14,51%-nə sahib olan Seyran Nuriyev öz payını bankın digər səhmdarı Validə Abasovaya ötürüb.
Bu dəyişiklikdən sonra Validə Abasovanın bank səhmlərindəki payı 20,13%-dən 34,64%-ə yüksəlib.
Bankın digər səhmdarlarının payında isə heç bir dəyişiklik olmayıb. Əvvəllər olduğu kimi, bank səhmlərinin 40,6%-i Rauf Əliyevə, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsus olub.
Bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.