
Beynəlxalq Atom Enerjisi Agentliyi son 20 ildə ilk dəfə rəsmi qərar verib ki, İran nüvə silahı ilə bağlı öhdəliklərini yerinə yetirməyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə nüvə gərginliyi artdıqca, Birləşmiş Millətlər Təşkilatının (BMT) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İranla bağlı qərarını açıqlayıb.
Agentlik son 20 ildə ilk dəfə olaraq İranın nüvə silahının yayılmasına qarşı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlib.
Diplomatlar ictimaiyyətə qapalı olan və 35 ölkənin nümayəndələrinin daxil olduğu şuranın qəbul etdiyi qərarı çatdırıblar.
İranın 2019-cu ildən bəri bir çox yerlərdə Agentliyə bəyan etmədiyi nüvə materialı və nüvə fəaliyyətləri üzrə tam və vaxtında əməkdaşlığı təmin etməməklə öhdəliklərini yerinə yetirmədiyini və Agentlik ilə Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib”, – deyə Reuters-in nəzərdən keçirdiyi qərar sənədində deyilir.
Diplomatlar 19 nümayəndənin qərarın lehinə, 3-nün əleyhinə səs verdiyini, 11 nümayəndənin isə səsvermədə iştirak etmədiyini bildirib.
İran dövlət televiziyasında yayımlanan bəyanatda MAQATE-nin qərarının heç bir texniki və hüquqi əsası olmadığını və bu “siyasi qərara” cavab verməkdən başqa çarəsinin olmadığını bildirib, təhlükəsiz zonada yeni uranın zənginləşdirilməsi obyekti inşa edəcəyini açıqlayıb.
Tehran Fordo nüvə obyektində sentrifuqaların yenilənməsi də daxil olmaqla, əks tədbirlərin görüldüyünü açıqlayıb.
Orxan