37 yaşlı kişi küçədə öldü

  • By Günel
  • 12 İyun 2025 20:47

Göygöldə 37 yaşlı kişi küçədə dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü N.Budaqovun kənd ərazisində olan zaman halı qəfil pisləşib.

Ona dərhal təcili tibbi yardım birqadası çağırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Gununsesi.info