Donald Tramp: "ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"

“ABŞ razılaşma əldə olunub-olunmamasından asılı olmayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Donald Tramp 2025-ci il iyunun 11-də yayımlanan “Pod Force One” podkastında çıxışı zamanı bildirib.

Tramp söhbət zamanı İranın nüvə proqramının qarşısının alınması ilə bağlı suala cavab olaraq deyib:
“Bilmirəm. Əvvəllər belə düşünürdüm, amma indi zaman keçdikcə bu məsələdə daha az əmin oluram. Bir neçə ay əvvəllə müqayisədə indi razılığa nail olmaq baxımından daha az ümidliyəm. Onlar üçün nəsə baş verib, amma mənim razılıq əldə olunacağına inamım xeyli azalıb.”

O, mümkün qarşıdurmanın qarşısının alınması üçün diplomatik yolun üstünlüyünü vurğulasa da, Tehran tərəfindən müsbət siqnallar görmədiyini bildirib:
“Amma bu işin müharibə və insan tələfatı olmadan həll olunması daha yaxşı olar, çox daha yaxşı. Ancaq mən onlarda razılaşma üçün bir istək görmürəm.”

Xatırladaq ki, Tramp prezidentliyi dövründə 2018-ci ildə İranla imzalanmış nüvə sazişindən (JCPOA) ABŞ-ı çıxarmış və Tehrana qarşı sərt sanksiyalar tətbiq etmişdi.

Şəbnəm

Gununsesi.info