İsrail İrana hücum etdi - NÜVƏ OBYEKTLƏRİ VURULDU, GENERALLAR MƏHV EDİLDİ

  • By admin
  • 13 İyun 2025 07:13

Bugecə saatlarında İsrailin Hava Hücumundan Müdafiə Qoşunları İrana çoxsaylı raket hücumundan edib.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində nüvə obyektləri və hərbi bazalarla yanaşı, İranın hərbi rəhbərliyi və atom fizikləri də hədəf alınıb.

İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlaminin ölümü təsdiqlənib.

Ordunun Baş Qərargah rəisi Baqerinin öldürüldüyü haqda da məlumatlar var.

ABŞ əməliyyatda iştirak etmir.

İranın cavab zərbələri gözlənilir.

 

Gununsesi.info