
Yunanıstanın Serres şəhərinin Melenikitsi və Hortero kəndlərində aparılan ölçmələrdə içməli suda izn veriləndən həddən artıq uranın aşkar edildiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Heraklia Bələdiyyə Başçısı Kleanthis Koçakiahidis bələdiyyənin su və kanalizasiya idarəsinin (DEYAH) apardığı təhlilin nəticələrini ictimaiyyətlə bölüşüb.
Müvafiq olaraq, Melenikitsi və Hortero kəndlərində yeraltı su ehtiyatlarında yüksək səviyyədə uran aşkar edilib.
Tapıntılardan sonra sözügedən kəndlərdə sudan içməli və yemək bişirmək üçün istifadə qadağan edilsə də, gündəlik təmizlik və digər məqsədlər üçün suyun istifadəsinə heç bir məhdudiyyət qoyulmadığı bildirilib.
Bildirilib ki, hakimiyyət orqanları əhalinin sağlamlığının qorunması üçün fövqəladə tədbirlər həyata keçirib və suyun təhlükəsiz səviyyəyə qaytarılması üçün işlərə başlayıb.
Digər tərəfdən, mayın 28 -də içməli suda uranın təhlükəli miqdarının aşkarlanmasından sonra Serres şəhərində üç yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.
Günel Həsənova