Fələstinli həkim Neccar və sağ qalan sonuncu uşağı İtaliyaya gətirilib

  • By Admin2
  • 12 İyun 2025 10:26

İsrailin mayın 24-də Qəzzaya hücumu nəticəsində 10 uşağından 9-unu və həyat yoldaşını itirən fələstinli həkim Ala əl-Nakkar, sağ qalan oğlu və bəzi fələstinlilər İtaliyaya gətirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, müalicəyə ehtiyacı olan, 17-si yaralı və 53-ü onları müşayiət edən fələstinli həkim Ala en-Naccar və oğlu, Adem də daxil olmaqla, 70 nəfər bu axşam İtaliya Hərbi Hava Qüvvələrinə aid 3 C-130 nəqliyyat təyyarəsi ilə İtaliyaya çatıb.

Bildirilib ki, içərisində tibb qruplarının da olduğu təyyarələr İtaliyanın diplomatik orqanlarının təşəbbüsü ilə İsrailin Eliat hava limanından havaya qalxaraq Milan Linate, Verona və Practica di Mare hava limanlarına çatıb.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Milan Linate hava limanında en-Naccarı və oğlu Ademi şəxsən qarşılayıb.

Həmçinin bildirilib ki, Ann en-Nakkar Milana gəldikdən sonra onlara bu fürsəti yaratdığına görə İtaliyaya təşəkkür edib.

Orxan

Gununsesi.info