
Misir cümə axşamı günü Qəzzaya doğru yürüş etməyə cəhd edən fəalları sərhəddə dayandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Misir, humanitar yardımı əngəlləyən İsrail blokadasına qarşı planlaşdırılan yürüşün başlamasını əngəlləyib .
Həm Misir rəsmiləri, həm də fəallar Sinay yarımadası boyunca yürüş keçirməyi planlaşdıran onlarla insanın ölkədən çıxarıldığını bildiriblər. Lakin təşkilatçılar tədbiri ləğv etmək niyyətində olmadıqlarını bildiriblər.
Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək istəyən yürüş iştirakçıları aylardır Ariş şəhərindən Qəzza sərhədinə qədər 50 kilometrlik yürüş planlaşdırırdılar. Onların məqsədi Rəfah sərhəd-keçid məntəqəsini açmaq və yardımların daxil olmasına mane olan blokadanı aradan qaldırmaq üçün “beynəlxalq mənəvi və media təzyiqi” yaratmaq olub.
İştirakçılar öz ölkələrindəki Misir səfirlikləri ilə koordinasiya etməyə çalışdıqlarını, lakin səlahiyyətlilər yürüş üçün icazə almadıqlarını bildiriblər.
Misir rəsmisi cümə axşamı bildirib ki, əksəriyyəti Avropa pasportlarına malik olan 30-dan çox fəal son iki gündə Qahirə Beynəlxalq Hava Limanına gələrkən deportasiya edilib.
Rəsmi iddia etdi ki, fəallar “lazımi icazələri almadan Şimali Sinaya getməyə çalışırdılar”.
Orxan