AZAL bu reysləri ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib.

 

 

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

 

 

 

Ləğv edilən reyslər

 

 

 

• Bakı – Təl-Əviv – Bakı

 

J2 021/022 (13 iyun)

 

J2 321/322 (13 iyun)

 

J2 021/022 (14 iyun)

 

• Bakı – Dubay – Bakı

 

J2 011/012 (13 iyun)

 

• Bakı – Tehran – Bakı

 

J2 8017/8018 (13 iyun)

 

 

 

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

 

 

 

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.