
Uzun illər Milli Məclisin deputatı, o cümlədən bir neçə rayonun icra başçısı olmuş Vaqif Abdullayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haqqında kitab yazıb.
Gununsesi.info xəbər veirr ki, bu barədə məlumatı Vaqif Abdullayev özü verib.
“Hörmətli oxucular, bu günlərdə “IDEA-dan başladı” adlı yeni kitabım nəşr edilib.
Kitab tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (International Dialogue for Environmental Action –IDEA) təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir”, – deyə o bildirib.
Vaqif Abdullayev həmçinin əlavə edib:
“Kitab vasitəsilə Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi olacaq, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərsiniz. Kitabın yüksək tərtibatına görə, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-yə təşəkkürümü bildirirəm”.