“Qarabağ” Avstriyaya yollanacaq

  • By Günel
  • 12 İyun 2025 20:00

“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib. 

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azersun Arena”da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək komanda hazırlığını Avstriyada davam etdirəcək.

Gununsesi.info