
“Netanyahu bəyan etdi ki, İran nüvə silahı yaratmağa təhlükəli dərəcədə yaxınlaşıb və İsrail daha gözləyə bilməz”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov deyib.
Onun sözlərinə görə, “Yüksələn Aslan” əməliyyatı İran üçün ciddi zərbə oldu.
” “Yüksələn Aslan” əməliyyatı İran üçün ciddi zərbə oldu. Ölkə boyu 10-larla zərbələr endirildi, nəticədə bir neçə yüksək vəzifəli İran hərbçisi və nüvə alimləri həlak oldu. Məncə, bu, bir günlük hərbi zərbə olmayacaq. İsrail əməliyyatı davam etdirəcək”.
Kamran Cəfərov həmçinin deyib:
“Bu gün yalnız bir neçə nüvə obyektinə zərbə endirilib, eyni zamanda İranın hava hücumundan müdafiə sistemləri, hərbi rəhbərlik və sənaye obyektləri də hədəfə alınıb. İsrail bildirir ki, ABŞ əməliyyatı dəstəkləyib, amma əslində, ABŞ əməliyyatda iştirak etməyib, hətta İsrail təyyarələrinə yanacaq doldurmada da kömək etməyib. Bu dəqiqəyə olan məlumata əsasən İran İsrailə 100-ya yaxın dron buraxıb. “Haaretz” isə xəbər verir ki, ABŞ F-15-ləri İordaniyaya yerləşdirib ki, İranın İsrailə atacağı raketləri zərərsizləşdirə bilsin. Bundan əlavə baş verənlər neftə qiymətlərə də təsirsiz olmayıb, son dəqiqəyə neftin qiyməti 13% qalxıb”.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüblər.
Orxan