“ABŞ-nin icazəsi olmadan İsrail hücum etməzdi” - Tehrandan ittiham

Rəsmi Tehran İsrailin İrana zərbələrinə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında bildirib.

“İsrailin İrana qarşı təcavüzü ABŞ-ın koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Bu baxımdan, ABŞ səlahiyyətliləri İsrailin bu ​​avantürasının təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyır”, – nazirliyin bəyanatında deyilir.

Bundan əvvəl İran rəsmiləri bildiriblər ki, İsrail iyunun 13-nə keçən gecə Tehranda yüksək rütbəli hərbçilərin və məmurların yerləşdiyi yaşayış məntəqələrinə zərbələr endirib. Zərbələr həmçinin ölkənin şimal-qərbində İran qoşunlarının yerləşdiyi Natanz nüvə obyektini də hədəf alıb.

 

 

Gununsesi.info