Netanyahu: "Osmanlı İmperatorluğu tezliklə geri qayıtmayacaq"

  • By Admin2
  • 12 İyun 2025 10:50

İsrailin baş naziri Benyamin Netanyahu “Osmanlı İmperatorluğunun tezliklə geri dönəcəyini düşünmürəm” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Benyamin Netanyahu Argentina prezidenti Xavyer Mileinin səfəri münasibətilə İsrail parlamentində (Knesset) çıxış edib.

Netanyahu Argentinanın 19-cu əsrin ikinci yarısında yəhudilərin sığınacağına çevrilməyə başladığını, təkcə Şərqi Avropadan deyil, həm də Osmanlı İmperiyasından olan yəhudilərin iqtisadi çətinliklərdən və “antisemitizmdən” qaçdığını iddia edib.

“Bəziləri mənimlə razılaşmasa da, Osmanlı İmperatorluğunun tezliklə geri dönəcəyini düşünmürəm, geri dönməyəcək”, – Netanyahu Osmanlı İmperiyasını nəzərdə tutaraq deyib.

Yəhudilərin Argentinada məskunlaşması və koloniyalar qurması üçün çoxlu sərmayələr xərcləyən Maurice de Hirsch-ə toxunan Netanyahu, Teodor Herzl bunu seçməməsinə baxmayaraq Argentinanın yəhudilər üçün çox əhəmiyyətli olduğunu ifadə etdi.

Çıxışında Netanyahu İrana hücum edərək, onun İsrailə qarşı müharibə apardığını və İranı “böyük dərəcədə məhv etdiklərini”, lakin təhlükənin hələ də davam etdiyini iddia edib.

Orxan

Gununsesi.info