İran İsrailə hücuma başladı

  • By Günel
  • 13 İyun 2025 09:12

Son bir neçə saat ərzində İran tərəfindən İsrailə 100-dən çox pilotsuz təyyarə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü general Effi Defrin mətbuat konfransında deyib.

“İsrail Müdafiə Qüvvələri onları vurmağa çalışır”, – general bildirib.

Defrin qeyd edib ki, İrandan buraxılan pilotsuz təyyarələrin İsrailə çatması bir neçə saat çəkəcək.

Gununsesi.info