Donald Tramp: “İsrailin İrana zərbə planlarını əvvəlcədən bilirdim”

ABŞ prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarından əvvəlcədən xəbərdar olduğunu təsdiqləyib.

Gununsesi.infoxəbər verir ki, o, Fox News-a verdiyi açıqlamada bildirib ki, əgər İran cavab zərbələri endirərsə, ABŞ regiondakı qüvvələrini müdafiə etməyə və İsrailə dəstək göstərməyə hazırdır.

“İranın nüvə bombasına sahib olmamalıdır və biz ümid edirik ki, tərəflər danışıqlar masasına geri dönəcək. Ancaq rəhbərlikdə elə şəxslər var ki, onların geri qayıtmaq niyyəti yoxdur”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ-ın bölgədəki hərbi qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və mümkün təhlükələrə qarşı çevik reaksiya verməyə hazırdır.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramı ilə bağlı obyektlərinə zərbələr endirib. Bu addım İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə atıldığı bildirilib.

 

Şəbnəm

Gununsesi.info