“Onu deportasiya etmək olmaz”

  • By Admin2
  • 12 İyun 2025 10:23

ABŞ məhkəməsi Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün saxlanılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlilin deportasiya edilə bilməyəcəyinə qərar verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də federal hakim Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) rəsmiləri tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlilin prezident Donald Tramp administrasiyasının təqdim etdiyi sənədlər əsasında deportasiya edilə bilməyəcəyinə qərar verib.

Farbiarz, Fələstinli fəal Xəlilin Tramp administrasiyasının təqdim etdiyi sənədlərə əsasən deportasiya və ya həbs edilə bilməyəcəyi barəsində danışıb.

Hakim Farbiarz, “Məhkəmə Halilin karyerasına və reputasiyasına xələl gəldiyini, ifadə azadlığının məhdudlaşdırıldığını və bunun düzəlməz nəticələrə səbəb olduğunu müəyyən etdi” deyib.

Farbiarz qərarında hökumətə cavab vermək üçün cümə günü saat 09:30-a qədər vaxt verildiyini və bu səbəbdən qərarın dərhal qüvvəyə minməyəcəyini bildirib.

Qeyd edəık ki, etirazlara rəhbərlik edən ABŞ-nin Kolumbiya Universitetinin aspirantı, fələstinli fəal Mahmud Xəlil həyat yoldaşı ilə evə gedərkən martın 8-də binanın girişində saxlanılıb.

Onun vəkili Amy Greer bildirib ki, Xəlil İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən həbs edilib və onun yaşıl kartı ləğv edilib.

Orxan

Gununsesi.info