Morales tərəfdarları ilə polis arasında toqquşma olub

  • By Admin2
  • 12 İyun 2025 10:20

Boliviyada keçmiş prezident Evo Morales tərəfdarlarının etiraz aksiyası zamanı bir polis məmuru ölüb, biri isə yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Boliviya prezidenti Luis Arce Evo Morales tərəfdarlarının 10 gün əvvəl bağladığı avtomobil yollarının yenidən açılmasına göstəriş verib.

Potosi bölgəsinin Llallaqua şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada bir polis məmuru ölüb, bir polis əməkdaşı yaralanıb.

Polis daş və fişəng atan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Hadisələrdə 17 etirazçının yaralandığı bildirilir.

Arce ölkədəki barrikadalara və etirazlara görə keçmiş lider Evo Moralesi günahlandırıb.

Etirazçıların əksəriyyəti yerli icmalar olsa da, etirazlar Konstitusiya Məhkəməsinin Evo Moralesin namizədliyini rədd etməsi və dərinləşən iqtisadi böhrana yönəlib.

Boliviya Avtomobil Yolları İdarəsinin məlumatına görə, Koçabamba, Oruro, Potosi və Santa Kruz şəhərlərində ümumilikdə 21 barrikada qurulub.

Orxan

Gununsesi.info