Rusiyaya Ukrayna ilə müharibədə 1 MİLYON hərbçisini itirib 

  • By Admin2
  • 12 İyun 2025 12:53

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına əsasən, 2022-ci ilin 24 fevralından bu günə — 2025-ci ilin 12 iyununa qədər Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü nəticəsində Rusiyanın təxmini itkiləri belədir: 1 milyondan çox hərbçisi məhv edilib və ya sıradan çıxarılıb.

Gununsesi.info xəbər verir ki, o cümlədən 10 933 tank, 22 786 zirehli texnika, 29 063 artilleriya sistemi külə döndərilib.

Eyni zamanda, 416 təyyarə, 337 helikopter, 28 gəmi, hətta 1 sualtı qayıq sıradan çıxarılıb, 3337 qanadlı raket məhv edilib.

40 435 pilotsuz uçuş aparatı, 51 715 nəqliyyat vasitəsi və yanacaq sisternləri, 3914 ədəd xüsusi texnika da eyni ilə sıradan çıxarılıb.

Gununsesi.info