Cənubi Afrikada daşqınlar: - 67 nəfər ölüb

  • By Admin2
  • 13 İyun 2025 10:22

Cənubi Afrikada güclü yağış və qar fırtınası daşqınlara səbəb olub, 67 nəfər ölüb

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kooperativ İdarəetmə və Ənənəvi İşlər Naziri Velenkosini Hlabisa 3 gün davam edən şiddətli yağışın səbəb olduğu daşqınlardan zərər çəkən Cənubi Afrikanın Şərqi Keyp əyalətində açıqlama verib.

Hlabisa bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını bildirib. “Bu, fəlakətdir. Ölənlərin sayı indi 57-yə çatıb. Tələfat arta bilər”, – o deyib.

Prezident Siril Ramafosanın cümə günü daşqından zərər çəkmiş bölgəyə səfər edəcəyi açıqlanıb.

Orxan

Gununsesi.info