Yaxın Şərqdəki Amerika bazaları üçün qırmızı xəbərdarlıq

  • By Admin2
  • 12 İyun 2025 10:38

İranın “Münaqişə olarsa, Amerika bazalarını vuracağıq” bəyanatından sonra ABŞ-nin Bağdad səfirliyini boşaltmağa hazırlaşdığı xəbəri yayılıb. Həmçinin bildirilib ki, Yaxın Şərqdə hərbçilərin ailələrinin təxliyəsi təsdiqlənib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran və ABŞ arasında nüvə gərginliyi artır.

İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, nüvə danışıqları və ya Vaşinqtonla münaqişə yaranarsa, Tehran ABŞ-nin regiondakı bazalarını vuracaq.

İranın bəyanatından sonra ABŞ-ın Bağdad səfirliyini boşaltmağa hazırlaşdığı xəbəri yayılıb. 

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli ABŞ-nin Bağdaddakı səfirliyinin boşaldılmasını təsdiqləyərək deyib: “Dövlət Departamenti mütəmadi olaraq xaricdəki ABŞ personalının statusunu nəzərdən keçirir və bu qərar son araşdırmadan sonra qəbul edilib”.

“Reuters”in məlumatına görə, İraq mənbələri təxliyyəni zəruri edəcək hər hansı təhlükəsizlik vəziyyəti müəyyən etmədiklərini bildiriblər.

Digər tərəfdən, ABŞ-ın müdafiə naziri Pit Heqsetin də Yaxın Şərqdəki şəxsi heyət ailələrinin təxliyyəsinə razılıq verdiyi bildirilir. 

Hegseth, Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinin ailələrinin könüllü şəkildə ölkəni tərk etmələrini təsdiqlədiyini təsdiqləyərək, “Yaxın Şərqdə inkişaf edən gərginliyi izləyirik” deyib.

Orxan

Gununsesi.info