Rima Hassan Parisdə böyük izdihamla qarşılanıb

  • By Admin2
  • 13 İyun 2025 10:03

İsrailin Qəzzaya humanitar yardım apararkən beynəlxalq sularda bağladığı Madleen gəmisindəki 12 hüquq müdafiəçisindən biri olan Avropa Parlamentinin (AP) fransalı üzvü Rima Həsənin ölkəsinə dönüşü Fransanın paytaxtı Parisdə qeyd olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Həsəni dəstəkləyən nümayişçilər Parisin Respublika meydanına toplaşıblar.

Əllərində Fələstin bayraqları tutan nümayişçilər “Səni sevirik Rima” və “Fələstin” şüarları səsləndiriblər.

İsrail tərəfindən deportasiya edildikdən sonra bu gün təyyarə ilə Parisə gələn Həsən də alqışlarla nümayişə qatılıb.

“Bütün bunları ağlımızı və gözümüzü Qəzzaya yönəltmədən edə bilmərik” deyən Həsən, Madleen gəmisində həyata keçirdikləri hərəkətin simvolik və son dərəcə siyasi olduğunu ifadə etdi.

Orxan

Gununsesi.info