
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 35-i qadın və uşaq olmaqla azı 50 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
***
İsrailin raket zərbələri nəticəsində Tehranda həlak olanların sayı beş nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, məlumatı “Nour News” yayıb.
Yaralıların sayının isə 20 nəfərə çatdığı bildirilir.
***
İsrailin İrana hücumu insan tələfatına səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın dövlət telekanalı öz “Telegram” kanalında məlumat yayıb.
Meyitlərin görüntüləri yayımlansa da, qurbanların sayı açıqlanmayıb.
Görüntülərdə İsrailin İranın paytaxtı Tehrana hücumu zamanı öldürülən uşağın meyiti təsvir olunur.
Qeyd edək ki, CNN raket hücumları nəticəsində iki nəfərin həlak olduğunu bildirib.
***
İsrail Tehrana qarşı əməliyyatı “Am Kelavi” (“Şirə bənzər xalq”) adlandırıb.
Gununsesi.info xəbər verir ki, ölkə rəsmiləri hücumun məqsədinin İranın nüvə təhlükəsini aradan qaldırmaq olduğunu bildiriblər.
Yerli KİV-in məlumatına görə, raketlər əvvəlcə hava hücumundan müdafiə mövqelərini vurub. Buna cavab olaraq SEPAH təyyarələri havaya qalxıb.
Tehranda altı partlayışın baş verdiyi bildirilir.
ABŞ rəsmiləri İsrailin İrana endirdiyi zərbələrdə Amerikanın heç bir iştirakının olmadığını bəyan ediblər.
***
Tehranda patlayışlar olub.
Gununsesi.info xəbər verir ki, İsrail İran ərazisinə hava zərbələri endirib.
Məlumatı “Axios” portalı yayıb.
Hazırda Tehranda partlayış və hava hücumundan müdafiə vasitələrinin səsləri eşidilir. İran dövlət telekanalı məlumatı təsdiqləyib.
İsrail bütün ölkə üzərində hava məkanını bağlayıb.
İsrail ordusu bütün ölkə sakinləri üçün təcili xəbərdarlıq edib, Bakı vaxtilə saat 04:00-dan etibarən məktəb, iş və görüşlər ləğv edilib.
İsrailin müdafiə naziri İsrael Katz ölkə ərazisində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qabaqlayıcı zərbə endirməsindən sonra yaxın gələcəkdə İsrail dövlətinə və onun mülki əhalisinə raket və pilotsuz təyyarə hücumu gözlənilir”.